Rəsmi tərəfdaşlıq çərçivəsində bütün ITR USCO hissələrinə dəmir zəmanət.
Ehtiyat hissələri
Rama komponentləri, transmissiya hissələri, mühərrik hissələri, soyutma sistemi hissələri, yerqazan maşınlar üçün hidravlik hissələr və nasoslar, pnevmatik sistemlər üçün komponentlər, hava və yağ filtrləri, elektrik və kabina hissələri.
Tırtıl zəncirləri, çarxlar və diyircəklər, yerqazan, kənd təsərrüfatı və xüsusi texnika (asfalt döşəyənlər, burğu qazan maşınları, meşə və ağac emalı maşınları və s. xüsusi avadanlıqlar) üçün rezin başmaqlar və qəliblər (kolodkalar).
Mini-ekskavator modelləri və digər kompakt, həmçinin xidməti maşınlar üçün rezin tırtıllar və komponentlər (çarxlar və diyircəklər, ulduzlar və dartma diyircəklər, başmaqlı və başmaqsız polad tırtıllar).
İllərdir ehtiyat hissələri istehsalı sənayesində ITR şirkəti özünü liderlərdən biri kimi təsdiqləyiblər.ITR ehtiyat hissələri İtaliyada baş ofisin dizayn və mühəndislik, həmçinin elmi-araşdırma şöbələrində yığılır və təkmilləşdirilir. İstehsal prosesi həm İtaliya, həm də xaricdə yerləşən müəssisələr tərəfindən nəzarət altındadır. Ciddi və hərtərəfli sınaqlar və yoxlamalar ehtiyat hissələrinin istehsalında ən yüksək keyfiyyətli standartların qorunmasını təmin edir.ITR şirkəti uzun illər ərzində Caterpillar®, Komatsu®, Volvo®, Hitachi® və JCB® maşınları üçün 50.000-dən çox geniş çeşidli ehtiyat hissələri istehsal edir.